Təsvir
Sahə 300 m²
Torpaq sahəsi 5 sot
Otaq sayı 5
Çıxarış yoxdur
Sulutəpə qəsəbəsi, Çiçək massivində, 159 və 156 nömrəli marşrutların keçdiyi ərazidə 5 otaqlı həyət evi satılır.
Ev 4,7 sot torpaq sahəsində yerləşir və 1 mərtəbə ilə mansard hissədən ibarətdir. Ümumi sahəsi 300 m² olan evin 1-ci mərtəbəsində geniş zal, 3 yataq otağı, mətbəx və sanuzel yerləşir. Mansard hissəsi isə açıq vəziyyətdədir və istəyə uyğun otaqlara bölmək mümkündür.
Evdə su, qaz, işıq, telefon və internet daimidir. Kanalizasiya mövcuddur, həyətdə 6 tonluq su anbarı var. Həyətyanı sahədə nar, fındıq, əncir, armud, alma, gavalı, albalı, tut və digər meyvə ağacları mövcuddur.
Evin 1-ci mərtəbəsində təmir işlərinin böyük hissəsi görülüb, mansard hissəsi isə təmirsizdir. Hazırda evdə yaşayış var. Ev keyfiyyətli qoşa daşla tikilib, geniş və işıqlıdır.
Ərazi əlverişli yerdə yerləşir. 159 və 156 nömrəli avtobus dayanacağı təxminən 100 metr məsafədədir. Yaxınlıqda bağça, məktəb, market və iaşə obyektləri mövcuddur.
Sənədi bələdiyyə sənədidir. KOD: 6666













/49.749931,40.4388784,11/120x120?access_token=pk.eyJ1IjoiYmluYWV2IiwiYSI6ImNtYXA5ZGRjeTBmYmkyanIzczkzYnF4MzgifQ.KJDx1XW6v6mbEaGIW1Pr7Q)



